Əsas məzmuna keç

Son yenilənmə: 29 oktyabr 2026

Məxfilik siyasəti

Bu siyasət iinu.org saytında və IINU mobil tətbiqində hansı şəxsi məlumatları topladığımızı, onlardan nə üçün istifadə etdiyimizi və hansı hüquqlarınız olduğunu izah edir.

1. Məsul şəxs

"Oruczadə Holding" MMC. Ünvan: Tovuz rayonu, İbrahim Hacılı kəndi, 2-ci küçə, ev 5, AZ6041.

Əlaqə: info@iinu.org, +994 10 388 91 45.

2. Topladığımız məlumatlar

  • Sayt: tətbiqin yayımlanmasından xəbər almaq üçün daxil etdiyiniz e-poçt ünvanı.
  • Tətbiq, qeydiyyat: ad, e-poçt, parol (şifrələnmiş şəkildə saxlanılır), universitet, ixtisas, sahə.
  • Tətbiq, profil: bio, bacarıqlar, CV (yükləmisinizsə), portfolio.
  • Tətbiq, fəaliyyət: paylaşımlar, komanda üzvlükləri və müraciətlər, mesajlar.
  • Texniki məlumatlar: push bildiriş tokeni, texniki loglar.

3. Məlumatlardan nə üçün istifadə edirik

  • hesabınızın işləməsi üçün;
  • komanda yoldaşlarının uyğunlaşdırılması üçün;
  • bildirişlərin göndərilməsi üçün;
  • tədbir və müsabiqələrin təşkili üçün;
  • təhlükəsizliyin təmin edilməsi üçün.

4. Saxlanma yeri və üçüncü tərəflər

Məlumatlar aşağıdakı xidmət təminatçılarında saxlanılır və emal olunur:

  • Amazon Web Services — server və verilənlər bazası;
  • Google Firebase — push bildirişlər;
  • Google — gözləmə siyahısının cədvəli və e-poçt.

Şəxsi məlumatlarınızı heç kimə satmırıq.

5. Saxlama müddəti

Tətbiqdəki məlumatlarınız hesabınız aktiv olduğu müddətcə saxlanılır. Hesab silindikdən sonra hesabınız və ona bağlı bütün məlumatlar birdəfəlik silinir.

Saytda daxil etdiyiniz e-poçt ünvanından yalnız tətbiqin yayımlanması barədə xəbər vermək üçün istifadə olunur və onun silinməsini istənilən vaxt tələb edə bilərsiniz.

6. Hüquqlarınız

  • məlumatlarınıza baxmaq;
  • məlumatlarınızı düzəltmək;
  • məlumatlarınızın silinməsini tələb etmək.

Sorğularınızı info@iinu.org ünvanına göndərin.

7. Hesabın silinməsi

Hesabınızı tətbiqdən və ya e-poçtla silə bilərsiniz.

Hesabı necə silmək olar

8. Yaş həddi

IINU universitet tələbələri üçündür. Tətbiqdən istifadə üçün minimum yaş 17-dir.

9. Dəyişikliklər

Bu siyasət yenilənə bilər. Son yenilənmə tarixi bu səhifənin yuxarısında göstərilir.